Bank Of Baku

Həbsdə olan Güney Azərbaycan milli fəallarının vəziyyəti ilə bağlı mətbuat konfransı keçirilib

Həbsdə olan Güney Azərbaycan milli fəallarının vəziyyəti ilə bağlı mətbuat konfransı keçirilib
# 06 fevral 2007 13:11 (UTC +04:00)
Güney Azərbaycan Milli Azadlıq Hərəkatına Dəstək Komitəsi “Həbsdə olan Güney Azərbaycan milli fəallarının vəziyyəti və xüsusilə Abbas Lisaninin səhhətinin pisləməsi” mövzusunda mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Millətçi Demokratlar Birliyinin sədri Tofiq Seyid bildirib ki, İranda öz milli hüququnu tələb edən yüzlərlə azərbaycanlı işgəncələrə məruz qalır. Azərbaycanın siyasi dairələri isə bu məsələ ilə əlaqədar lazımi tədbirlər həyata keçirməkdən ehtiyatlanır. O, Azərbaycanın siyasi partiyalarını İranda yaşayan azərbaycanlılarla bağlı məsələlərə münasibət bildirməyə də çağırıb. Güney Azərbaycan Milli Azadlıq Hərəkatına Dəstək Komitəsinin sədri Sirus Azadi İranda yaşayan azərbaycanlıların informasiya blokadasına alındığını qeyd edib: “Abbas Lisani haqda hər hansı informasiyanı əldə etmək müşkül məsələdir. İnformasiyanı beynəlxalq təşkilatlara ötürənlər isə cəzalandırılır”. Milli Məclisin deputatı Cəmil Həsənli isə təzyiqlərə rəğmən İranda milli hərəkatın getdiyini deyib: “Artıq dünyada Güney Azərbaycan adlı yerin olduğunu və buranın əhalisinin türklər olduğunu bilirlər. Bu, böyük uğurdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR