Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstan səfərinin proqramı açıqlanıb

Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstan səfərinin proqramı açıqlanıb
# 06 fevral 2007 13:12 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, sabah səhər saatlarında Gürcüstana gedəcək dövlət başçısını Tiflis hava limanında Gürcüstanın baş naziri Zurab Noğaydeli qarşılayacaq. Qarşılanma mərasimindən sonra Gürcüstan parlamentində Azərbaycan və Gürcüstan dövlət başçılarının təkbətək görüşü keçiriləcək. Görüş başa çatdıqdan sonra hər iki dövlət başçısı Kürün sağ sahilində Heydər Əliyevin şərəfinə qoyulmuş memorial lövhənin açılış mərasiminə qatılacaqlar. Mərasim Azərbaycan və Gürcüstan bədii kollektivlərinin çıxışları ilə başa çatacaq. İlham Əliyevin səfər proqramına yeni bərpa olunmuş Respublika xəstəxanası və Tiflis metropoliteninin “Azadlıq meydanı” stansiyası ilə tanışlıq daxildir. Səfər proqramının ilk hissəsi prezident İlham Əliyevin şərəfinə veriləcək ziyafətlə başa çatacaq. Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın Tiflisə səfəri isə günorta radələrində başlayacaq. Baş nazir Zurab Noğaydeli tərəfindən qarşılanacaq Ərdoğan daha sonra prezident Saakaşvili ilə təkbətək görüş keçirəcək. Görüşdən sonra parlamentdə Gürcüstan prezidenti üçün ayrılmış xüsusi iqamətgahda hər üç dövlət rəhbərinin görüşü keçiriləcək. Bakı-Tiflis-Axalkələk-Qars dəmiryolu layihəsinin tikintisinə dair Çərçivə Sazişinin imzalanması üçtərəfli görüşdən sonraya nəzərdə tutulub. Daha sonra dövlət rəhbərləri Boris Paiçadze adına Milli Stadionda Gürcüstan və Türkiyə yığmaları arasında keçiriləcək yoldaşlıq görüşünü seyr edəcəklər. Görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan öz vətənlərinə qayıdacaqlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR