Bank Of Baku

AMİP martda beynəlxalq forum keçirəcək

AMİP martda beynəlxalq forum keçirəcək
# 06 fevral 2007 13:18 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) təşkilatçılığı ilə beynəlxalq forum martın ortalarında keçiriləcək. Bu barədə APA-ya partiyanın sədri Ayaz Rüstəmov məlumat verib. Onun sözlərinə görə, foruma hazırlıq işləri başlayıb və yaxun günlərdə iştirakçılara dəvətnamələr göndəriləcək. A. Rüstəmov bildirib ki, partiya keçirəcəyi forumun mövzusunu əvvəlcədən açıqlamaq niyyətində deyil: “Biz bundan əvvəl dini tolerantlıqla bağlı forum keçirmək istəyimizi açıqlamışdıq. Amma bəzi qurumlar bizim tədbiri qabaqlayaraq bu mövzuda tədbirlər keçirdilər. Ona görə də növbəti forumun adını əvvəlcədən açıqlamayacağıq”. Qeyd edək ki, AMİP-in “Dini tolerantlıqdan siyasi tolerantlığa doğru” mövzusunda yanvarın 23-nə təyin etdiyi beynəlxalq forum İsveçin Moderant Partiyasından olan 3 millət vəkilinin Bakıya səfərinin baş tutmamasına görə təxirə salınıb. A. Rüstəmov bildirib ki, sözügedən deputatlar növbəti forumda iştirak edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR