Bank Of Baku

Latviyanın Azərbaycan, Türkiyə və Gürcüstanda yeni hərbi attaşesi təyin edilib

Latviyanın Azərbaycan, Türkiyə və Gürcüstanda yeni hərbi attaşesi təyin edilib
# 06 fevral 2007 13:26 (UTC +04:00)
Latviya ordusunun podpolkovniki Andris Yakobsons ölkənin Azərbaycan, Türkiyə və Gürcüstanda hərbi attaşesi təyin edilib. Latviyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, təyinatla bağlı bu gün Latviya Müdafiə Nazirliyində A. Yakobsonsun andiçmə mərasimi keçirilib.
Qeyd edək ki, indiyə qədər adı çəkilən ölkələr içərisində yalnız Türkiyədə Latviyanın hərbi attaşesi fəaliyyət göstərib. Andris Yakobsons 1991-ci ildən etibarən Latviya Silahlı Qüvvələrində xidmət edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR