Bank Of Baku

ADP-nin Ucar rayon təşkilatı partiya sədrliyinə yeni iddiaçıların üzə çıxmasını mənfi hal kimi qiymətləndirib

ADP-nin Ucar rayon təşkilatı partiya sədrliyinə yeni iddiaçıların üzə çıxmasını mənfi hal kimi qiymətləndirib
# 06 fevral 2007 13:44 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) Ucar rayon təşkilatı 495 üzvünün adından partiya sədrinin birinci müavini Sərdar Cəlaloğlunun son çıxışları ilə bağlı bu gün bəyanatla çıxış edib. Rayon təşkilatından APA-ya daxil olan bəyanatda partiya Ali Məclisinin YAP-la konstruktivizmə söykənən dialoq barədə qərarının zamanın tələbinə uyğun olduğu bildirilib. Bununla bərabər ADP sədrliyinə yeni iddiaçıların üzə çıxmasını mənfi hal kimi qiymətləndirən təşkilat üzvləri ADP rəhbərliyində məlum qeyri-müəyyən qərarın məsuliyyətinin partiya sədri Rəsul Quliyevin üzərinə atmaq cəhdlərini pisləyiblər: “Biz partiya sədri Rəsul Quliyevin nüfuzuna xələl gətirəcək belə təxribatları bağışlamırıq. Mayda keçiriləcək qurultayda partiya sədrliyinə Rəsul Quliyevin namizədliyini dəstəkləyirik”.
ADP-nin mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılov isə APA-ya açıqlamasında bu bəyanatları yayan şəxslərin arxasında konkret şəxslərin dayandığını bildirib: “Bu bəyanatlarda Aydın Quliyevin dəst-xətti hiss olunur. Çünki bu bəyanatı yayanların elə bir siyasi savadı yoxdur ki, bu cür ifadələrlə məsələləri əsaslandıra bilsinlər. Görünür, hörmətli Aydın Quliyev bu sahədə öz xidmətini göstərib. Kimin, hansı rayon təşkilatının nə danışmasının bizim üçün əhəmiyyəti yoxdur. Biz qərarımızı vermişik və bu istiqamətdə işimizi aparırıq”. N. İsmayılov bildirib ki, məsələ ilə bağlı Ucar rayon təşkilatının rəhbərliyi qərargaha çağırılacaq və onlardan izahat tələb olunacaq: “Onlar öz addımlarını əsaslandırmasalar, partiya qaydası ilə tədbir görüləcək”.
“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə APA-ya açıqlamasında bu ittihamları qəbul etmədiyini və yalnız qəzetin işləri ilə məşğul olduğunu qeyd edib: “Mən ADP-nin daxili işlərinə qətiyyən müdaxilə etmirəm. Rayon təşkilatları hansısa məsələ ilə bağlı etiraz mövqeyində dayanıb bəyanat yayırlarsa, burada mənim adımı hallandırmaq qeyri-ciddidir. Bütün məsələlərdə mənim adımı hallandırmaq o deməkdir ki, onların canında “aydınfobiya” xəstəliyi var”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR