Bank Of Baku

YAP-ın Balakən rayon təşkilatının konfransı keçirilib

YAP-ın Balakən rayon təşkilatının konfransı keçirilib
# 06 fevral 2007 13:45 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Balakən rayon təşkilatının VII hesabat-seçki konfransı keçirilib. YAP-ın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, konfransda 321 nümayəndə iştirak edib. YAP rayon təşkilatının sədri Akif Uluxanov hesabat məruzəsi ilə çıxış edib. Onun sözlərinə görə, 55 ərazi ilk təşkilatını özündə birləşdirən Balakən təşkilatının 2800 nəfərə yaxın üzvü var. Konfransda YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov çıxış edərək, ölkədə ən güclü siyasi qüvvəyə çevrilən YAP-ın dövlətçilik yolundakı rolundan danışıb. O, 2008-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı rayon təşkilatının üzvlərinə tövsiyələrini verib. Konfransda təşkilati məsələlərə baxılıb. A. Uluxanov yenidən YAP Balakən rayon təşkilatının sədri seçilib, rayon şurası, idarə heyəti və nəzarət-təftiş qrupu müəyyənləşib./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR