Bank Of Baku

Roald Saqdeyev: “İranın nüvə proqramı texniki cəhətdən çox primitiv səviyyədədir”

Roald Saqdeyev: “İranın nüvə proqramı texniki cəhətdən çox primitiv səviyyədədir”
# 06 fevral 2007 13:46 (UTC +04:00)
“İranın nüvə proqramı texniki cəhətdən çox primitiv səviyyədədir”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan XİN-də jurnalistlərin suallarını cavablandıran ABŞ-ın Merilend Universitetinin professoru Roald Saqdeyev deyib. SSRİ dövründə Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun direktoru və SSRİ xalq deputatı olmuş akademik hesab edir ki, İran həqiqətən də nüvə silahı yaratmaq istəyirsə, bunun üçün ona ən azı 5 il lazım gələcək. R. Saqdeyevin sözlərinə görə, İranın atom bombası yaratması zəncirvari reaksiyaya səbəb ola bilər, digər ölkələr də bu silaha malik olmaq istəyər və nəticədə çox ciddi beynəlxalq böhran yaranar. Beynəlxalq ictimaiyyətin İranı bu yoldan çəkindirmək üçün nələr edə biləcəyi ilə bağlı sualı cavablandıran R. Saqdeyevin fikrincə, hədə-qorxu yolu uğurla nəticələnə bilməz və hansısa qeyri-adi tədbirlər görülməlidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR