Bank Of Baku

“Azərbaycan Yolu” Siyasi Hərəkatı kütləvi aksiya keçirmək haqda qərar verib

“Azərbaycan Yolu” Siyasi Hərəkatı kütləvi aksiya keçirmək haqda qərar verib
# 06 fevral 2007 13:50 (UTC +04:00)
“Azərbaycan Yolu” Siyasi Hərəkatı (AYSH) Tarif Şurasının 6 yanvar tarixli qərarına etiraz olaraq aksiyalar keçirmək haqda qərar verib. AYSH mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə AYSH Koordinasiya Şurasının toplantısında qərar qəbul edilib. Toplantıda bununla bağlı fevralın ikinci ongünlüyündə hərəkatın rayon təşkilatlarının iştirakı ilə müşavirə keçiriləcəyi də planlaşdırılıb. Müşavirədə aksiyaların vaxtı və keçiriləcək rayonların adları müəyyənləşdiriləcək. AYSH-nin Koordinasiya Şurası tədbirlərdə aksiya iştirakçılarının təhlükəsizliyinin qorunması məqsədilə müvafiq icra orqanlarına müraciət edilməsini də nəzərdə tutub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR