Bank Of Baku

“Azadlıq” bloku Sədrlər Şurasının növbəti iclası keçirilib

“Azadlıq” bloku Sədrlər Şurasının növbəti iclası keçirilib
# 06 fevral 2007 14:53 (UTC +04:00)
Bu gün “Azadlıq” bloku Sədrlər Şurasının növbəti iclası keçirilib. Blokun üzvü olan Milli Birlik Hərəkatının mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda blokun üzvü olan Azərbaycan Demokrat Partiyasının (ADP) Ali Məclisinin iqtidarla konstruktiv dialoqun başlanması ilə bağlı qərarı müzakirə olunub. ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu son dövrlər onun fikirlərinin mətbuatda təhrif olunduğunu bildirib və bu təhriflərin məqsədyönlü çirkli kampaniyaya çevrilməsindən təəssüfləndiyini qeyd edib. Onun sözlərinə görə, əslində ADP “Azadlıq” bloku ilə birlikdə ənənəvi müxalifətçilik fəaliyyətini davam etdirir, müttəfiqlər qarşısında götürdüyü öhdəliklərə sadiqdir və hakimiyyətə qarşı mövqeyində heç bir dəyişiklik baş verməyib: “ADP Ali Məclisinin iqtidarla siyasi dialoqla bağlı çıxardığı qərar heç bir halda iqtidarla əməkdaşlıq kimi qiymətləndirilə bilməz. Bu qərarla ADP yalnız geniş miqyaslı iqtidar-müxalifət dialoquna nail olmaq üçün təşəbbüs nümayiş etdirib”. S.Cəlaloğlunun fikirlərini nəzərə alan blok üzvləri bəzi KİV-lərin onun bir sıra açıqlamalarını kontekstdən çıxararaq cəmiyyətə yalnış təqdim etdiyini bildiriblər. Onların fikrincə, bu, S.Cəlaloğlunun nüfuzdan salınmasına xidmət edən addımlardır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR