Bank Of Baku

Azərbaycanın fövqəladə hallar naziri ABŞ Dövlət Departamentinin Ticarət və Biznes məsələləri üzrə xüsusi nümayəndəsini qəbul edib

Azərbaycanın fövqəladə hallar naziri ABŞ Dövlət Departamentinin Ticarət və Biznes məsələləri üzrə xüsusi nümayəndəsini qəbul edib
# 06 fevral 2007 15:24 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqə İdarəsinin mətbuat xidməti şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsində iki ölkə arasında əməkdaşlığın inkişaf etdiyi, dövlətlərarası münasibətlərin daha da möhkəmləndiyi vurğulanıb. F. Mermoud təmsil olunduğu nümayəndə heyətinin səfərinin Amerika ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyəyə çatdırılmasına xidmət etdiyini də vurğulayıb: “Azərbaycanda çalışan Amerika şirkətlərinin fəaliyyətini genişləndirməsi üçün ölkədə münbit şərait var, bu şirkətlər daha fəal fəaliyyət göstərə bilərlər”. Görüşdə Fövqəladə Hallar Nazirliyi ilə ABŞ arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Fövqəladə Hallar Nazirliyinin bir ildən artıqdır ki, fəaliyyət göstərdiyini diqqətə çatdıran K. Heydərov bu müddət ərzində bir çox ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq qurulduğunu, yeni texnikanın alındığını vurğulayıb. Nazir Mülki Müdafiə, Yanğından Mühafizə Xidməti, Material Ehtiyatları sahəsində istifadə olunmaq üçün yeni avadanlıqların alınmasına dair ABŞ şirkətləri ilə danışıqlar aparıldığını bildirib. Xüsusən, Mülki Müdafiə avadanlıqlarının alınması istiqamətində Amerika şirkətləri ilə əməkdaşlığın vacib olduğunu söyləyən K. Heydərov meşə yanğınlarının söndürülməsi üçün müasir təyyarə və vertolyotlara, Xəzər dənizində xilasetmə işlərinin aparılması üçün isə gəmilərə ehtiyac olduğunu vurğulayıb. Eyni zamanda mütəxəssislərin təcrübə mübadiləsi, təlim və treninqlərin keçirilməsi üçün qarşılıqlı əməkdaşlığın vacibliyini qeyd edən fövqəladə hallar naziri artıq nazirliyin bir sıra əməkdaşlarının ABŞ-da təcrübə keçdiyini bildirib. F. Mermoud da öz növbəsində təcrübə mübadiləsinin mühüm əhəmiyyət daşıdığını, şirkətlərlə əlaqələrin intensivləşməsi üçün mühüm addımlar atılacağını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR