Bank Of Baku

Akif Şahbazov hakimiyyətlə konstruktiv dialoqla bağlı ADP Ali Məclisinin qərarının ləğv olunması barədə sərəncam imzalayıb

Akif Şahbazov hakimiyyətlə konstruktiv dialoqla bağlı ADP Ali Məclisinin qərarının ləğv olunması barədə sərəncam imzalayıb
# 07 fevral 2007 09:42 (UTC +04:00)
Bu barədə APA-ya məlumat verən A.Şahbazov bu addımını partiya sədri Rəsul Quliyevin mətbuata müsahibəsində dialoqa razılıq verməməsi barədə fikirləri ilə əsaslandırıb. Sərəncamda məlum qərarın ləğv olunması, birinci müavin Sərdar Cəlaloğlunun adından Azərbaycan prezidentinə ünvanlanmış müraciətin etibarsız hesab olunduğu qeyd olunub, həmçinin, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılması ilə bağlı sədrin təkliflərinin nəzərə alınması sərəncamda əksini tapıb. A.Şahbazovun sözlərinə görə, Ali Məclisin qərarı yalnız partiya sədrinin onu imzalamasından sonra qüvvəyə minmiş sayılır: “Rəsul Quliyev bildirib ki, məlumatı olsaydı, belə qərar işıq üzü görməzdi. Bu o deməkdir ki, o, qərarın əleyhinədir və buna görə qərar qüvvədə ola bilməz. Bu səbəbdən sərəncam imzalamaq məcburiyyətində qaldım”. Partiya sədrinin mövqeyini birbaşa yox, qəzetlər vasitəsi ilə öyrənilməsinin səbəblərinə gəldikdə, A.Şahbazov bunu R.Quliyevin ABŞ-da olması ilə əlaqələndirib: “Əlaqələr həmişə birtərəfli olub, həmin vaxt da əlaqə saxlaya bilməmişik və qərar qəbul olunub. Bu səbəbdən onun mövqeyini mətbuat vasitəsi ilə öyrənə bilirik. Partiya sədri hamıdan üstündür və onun siyasi iradəsi əsas götürülməlidir”.
ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu isə APA-ya açıqlamasında Ali Məclis sədrinin belə bir sərəncam imzalamasını özbaşınalıq adlandırıb. Sərəncamdan xəbərsiz olduğunu deyən S.Cəlaloğlu bununla bağlı təcili tədbirlərin görüləcəyini də vurğulayıb: “Ali Məclis buraxılıb və Akif Şahbazov yalnız partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvüdür. Onun belə sərəncam imzalamaq səlahiyyəti yoxdur. Belə bir sərəncam varsa, buna mütləq baxacağıq. Bu özbaşınalıqdır, məsələyə dərhal münasibətimizi bildirəcəyik. Sədr razı olmayacağı halda belə, kimsənin bu qərarı ləğv etmək ixtiyarı yoxdur. Yalnız qurultayın bu qərara yenidən baxmaq səlahiyyəti var. Partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasına məlumat verəcəyəm, bununla bağlı təcili tədbirlər görüləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR