Bank Of Baku

Rəcəb Tayyip Ərdoğan: “Bakı-Tiflis-Axalkələk-Qars dəmiryolu Türkiyənin geostrateji önəmini artıracaq”

Rəcəb Tayyip Ərdoğan: “Bakı-Tiflis-Axalkələk-Qars dəmiryolu Türkiyənin geostrateji önəmini artıracaq”
# 07 fevral 2007 09:45 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Gürcüstana səfərə yola düşməzdən öncə keçirdiyi brifinqdə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan söyləyib. O, qeyd olunan dəmiryolu layihəsinin gerçəkləşməsi ilə Türkiyədən türk dövlətlərinə doğru yeni bir nəqliyyat dəhlizinin meydana çıxacağını deyib. “Bu layihə xüsusilə Gürcüstan və Azərbaycanın dəmiryolu xətlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasına yardım göstərəcək. BU xətt Türkiyənin Asiya və Avropa qitələri arasında birləşdirici nöqtə kimi önəmini artıracaq. Çinlə Qazaxıstan arasında dəmiryolunun inşa edilməsi və boğazlardan MARMARAY tipli sualtı keçid xəttinin tikilməsi ilə Türkiyə qitələri bir-birinə bağlayan önəmli nöqtəyə çevriləcək. Bakı-Tiflis-Axalkələk-Qars bir dostluq xəttidir, qatarlarımız gedəcəkləri hər bir stansiyaya dostluq və qardaşlıq aparacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR