Bank Of Baku

Həsrət Rüstəmov: “ADP-nin rayon təşkilatlarının sədrləri özbaşınalıq edirlər”

Həsrət Rüstəmov: “ADP-nin rayon təşkilatlarının sədrləri özbaşınalıq edirlər”
# 07 fevral 2007 15:33 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) Lənkəran şəhər təşkilatı partiyanın Ali Məclisinin yanvarın 27-nə keçirilmiş iclasında iqtidarla dialoqun başlanması haqqında qəbul olunmuş qərarla bağlı bu gün bəyanatla çıxış edib. Rayon təşkilatından APA-ya daxil olan bəyanatda bu qərarın partiyanın ideoloji-siyasi kursunun dəyişdirilməsi istiqamətində uğursuz cəhd kimi qiymətləndirilir. Qərarın partiya üzvləri arasında çaşqınlıq yaratdığı bildirilir və partiyanın hakimiyyətə qarşı apardığı mübarizəyə kölgə saldığı qeyd olunur: “Lənkəran şəhər təşkilatı Ali Məclisin son qərarı ilə bağlı Rəsul Quliyevin mövqeyini müdafiə edərək bəyan edir ki, bundan sonra da partiyanın monolitliyi naminə siyasi fəaliyyətimizi partiya sədrinin koordinasiyası ilə qurmaqla ADP daxilində vəziyyətin normal məcraya düşməsi üçün mümkün addımları atacağıq”.
ADP sədrinin müavini Həsrət Rüstəmov son günlər rayon təşkilatlarının yaydıqları bu tipli bəyanatlara münasibət bildirərkən rayon təşkilatı sədrlərinin özbaşınalıq etdiyini bildirib. H. Rüstəmov bu məsələlərə yüksək səviyyədə reaksiyanın verilməsinə ehtiyacın olmadığını bildirsə də, gələn həftə Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin iclasında bu məsələyə baxılacağını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR