Bank Of Baku

Pakistanın baş naziri Şövkət Əziz ölkədə səfərdə olan Azərbaycan nümayəndə heyətini qəbul edib

Pakistanın baş naziri Şövkət Əziz ölkədə səfərdə olan Azərbaycan nümayəndə heyətini qəbul edib
# 07 fevral 2007 15:52 (UTC +04:00)
Pakistanın baş naziri Şövkət Əziz İslamabadda keçirilən Pakistan-Azərbaycan hökumətlərarası komissiyanın 4-cü iclasında iştirak edən baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycanın Pakistandakı səfirliyinin müşaviri Sabir Rzayevin APA-ya verdiyi məlumata görə, görüşdə komissiyanın iclasının yekunları barədə məlumat verilib, ikitərəfli əməkdaşlığın bütün sahələri barədə fikir mübadiləsi aparılıb.
Yaqub Eyyubov və komissiyanın iclasında iştirak edən təhsil naziri Misir Mərdanov, müdafiə sənayesi naziri Yavər Camalov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İslamabadda Azərbaycan səfirliyinin inzibati binasının təməl qoyma mərasimində iştirak ediblər. Pakistan tərəfindən mərasimə neft və təbii sərvətlər naziri Amanulla Xan Cadun və digər rəsmilər qatılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR