Bank Of Baku

Tiflisdə İlham Əliyev, Mixail Saakaşvili və Rəcəb Tayyip Ərdoğanın üçtərəfli görüşü keçirilib

Tiflisdə İlham Əliyev, Mixail Saakaşvili və Rəcəb Tayyip Ərdoğanın üçtərəfli görüşü keçirilib
# 07 fevral 2007 16:26 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdən sonra keçirilən brifinqdə Mixail Saakaşvili Bakı-Tiflis-Axalkələk-Qars dəmir yolu layihəsinin regional əməkdaşlığın inkişafına xidmət edəcəyini bildirib. Prezident İlham Əliyev isə bu layihənin həyata keçirilməsinin regiona sabitlik, sülh gətirəcəyini vurğulayıb. Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum neft və qaz kəmərlərinin iqtisadi əhəmiyyətindən danışan İlham Əliyev bildirib ki, qaz kəmərinin işə düşməsi bu üç tərəfdaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə səbəb olacaq. Bu il Azərbaycanın neft-qaz hasilat və ixracını genişləndirəcəyini bildirən prezident İlham Əliyev görülən işlərin regional əməkdaşlığın daha da genişləndirilməsinə xidmət etdiyini söyləyib. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə Bakı-Tiflis-Axalkələk-Qars dəmir yolu layihəsini “Dəmir İpək yolu” adlandırıb. Onun sözlərinə görə, Asiya ilə Avropa qitələrini birləşdirəcək bu layihə regional əməkdaşlığa daha bir nümunədir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR