Bank Of Baku

Bakı-Tiflis-Axalkələk-Qars dəmiryolu layihəsinin tikintisinə dair Tiflis Bəyannaməsi imzalanıb

Bakı-Tiflis-Axalkələk-Qars dəmiryolu layihəsinin tikintisinə dair Tiflis Bəyannaməsi imzalanıb
# 07 fevral 2007 17:30 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, təntənəli imzalanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixail Saakaşvili və Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan bəyanatlarla çıxış ediblər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, imzalanan Bakı-Tiflis-Axalkələk-Qars dəmiryolu layihəsinin dəyəri 600 milyon dollardır. Sazişə əsasən, 2008-ci ildə başa çatacaq tikinti işlərinə 422 milyon, magistralın infrastrukturunun qurulmasına isə 178 milyon dollar sərf olunacaq. Gürcüstan sərhədindən Qarsa qədər olan 76 kilometrlik dəmiryol xəttinin tikintisini Türkiyə tərəfi həyata keçirəcək. Gürcüstan isə 160 kilometrlik xətti yenidən quracaq və əlavə olaraq 29 kilometr dəmiryolu xətti çəkəcək. Yeni dəmiryolu xətti istifadəyə verildikdən bir neçə il sonra bu nəqliyyat dəhlizi ilə ildə 15 milyon ton yük daşımaq mümkün olacaq. Artıq Qazaxıstan, Çin, Hindistan və digər dövlətlər bu layihəyə ciddi maraq göstərdiklərini bəyan ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR