Bank Of Baku

ATƏT rəhbərləri Qoran Lenmarker və Spenser Oliverin Azərbaycana səfəri başlayıb

ATƏT rəhbərləri Qoran Lenmarker və Spenser Oliverin Azərbaycana səfəri başlayıb
# 07 fevral 2007 18:09 (UTC +04:00)
APA-nın məlumatına görə, Q. Lenmarker bildirib ki, may ayında Ermənistanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyiş gözlənilmir. Danışıqların seçkilərdən sonra bərpa olunacağını deyən ATƏT rəsmisi münaqişənin həlli üçün qızıl imkanların olduğunu qeyd edib. Hazırladığı məruzəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas prinsiplərin əks olunduğunu deyən ATƏT PA prezidenti məruzədə hansısa elementlərin tərəflərin xoşuna gəlməməsini mümkün sayıb. O, hər iki tərəfi qane edən həll variantının tapılmasının vacibliyini qeyd etməklə yanaşı, danışıqlar prosesinin ATƏT-in Minsk Qrupu çərçivəsində davam etdirilməsinin zəruriliyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR