Bank Of Baku

Dünən açılış mərasimi keçirilən Tiflis Beynəlxalq Hava Limanının ilk sərnişini Azərbaycan prezidenti İlham Əliyev olub

Dünən açılış mərasimi keçirilən Tiflis Beynəlxalq Hava Limanının ilk sərnişini Azərbaycan prezidenti İlham Əliyev olub
# 08 fevral 2007 08:51 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, açılış mərasiminə hər üç ölkənin rəsmi nümayəndələri, Gürcüstanın millət vəkilləri, iş adamları və ziyalılar qatılıblar. Mərasimdə çıxış edən Gürcüstan prezidenti Mixail Saakaşvili Türkiyənin “TAV” şirkəti tərəfindən inşa edilən yeni hava limanının Avropanın ən yaxşı aeroportlarından biri olduğunu deyib. “Bu, Avropanın ən yaxşı aeroportlarından biridir, hətta Brüssel, Münhen və digər şəhər aeroportlarından üstündür. Bundan sonra Gürcüstanda inşa ediləcək hər bir şey xəstəxana, məktəb, mehmanxana, yollar bu cür yüksək səviyyədə tikiləcək”. Mərasimdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev yeni hava limanının yüksək səviyyədə inşa edilən mühüm və əhəmiyyətli tikinti layihəsi kimi dəyərləndirib. “”Biz öz enerji resurslarımızı Avropa ölkələrinə çıxarmaq və enerji təhlükəsizliyini bərpa etmək istəyirik. Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum layihələrinin həyata keçirilməsi, Bakı-Tiflis-Axalkələk-Qars layihəsinin gerçəkləşməsi haqqında müqavilə imzalanması üç ölkə arasında dostluq münasibətlərinin yüksək səviyyədə olması səbəbindən mümkün olub”. Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan isə Gürcüstanın son illər sürətlə inkişaf etdiyini deyib. “Gürcüstan uğurla inkişaf edir, islahatlar aparılır və ölkə irihəcmli sərmayə qoyuluşlarına tam hazır vəziyyətdədir. Bu hava limanını yüksək səviyyədə inşa edən “Tepe Akfen” şirkəti yaxın zamanlarda Batumi aeroportunun da tikintisini başa çatdıracaq. Biz Batumi aeroportundan Gürcüstanla birlikdə istifadə edəcəyik”. Azərbaycan prezidenti İlham Əliyev Tiflis Beynəlxalq Hava Limanının ilk sərnişini olub. Hava limanının açılış mərasimindən dərhal sonra dövlət başçısı bu hava limanından qalxan təyyarə ilə Azərbaycana qayıdıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR