Rəsul Quliyev: “Akif Şahbazov düzgün addım atıb, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin qəbul etdiyi qərarların hüquqi qüvvəsi yoxdur”
ADP-nin Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu isə APA-ya açıqlamasında bildirib ki, partiya Nizamnaməsinə görə, Ali Məclisin qərarını nə sədrin, nə də Məclis sədrinin ləğv etmək ixtiyarı var: “Bu özbaşınalıqdır. Ola bilsin ki, Rəsul Quliyevin Nizamnamə barədə təsəvvürü yoxdur. O, şəxsən mənə qərarın əleyhinə olması barədə bir söz deməyib, əksinə, qərarın icrası ilə bağlı həm Həsrət Rüstəmova, həm mənə tapşırıqlar verib. Nizamnaməyə görə, partiya sədri razılaşmadığı qərarı maksimum yenidən baxmaq üçün Ali Məclisə göndərə bilər. İkinci dəfə həmin qərar Məclis tərəfindən təsdiq olunsa, MNTK-nın razılığı ilə qüvvəyə minir. Sədrin də vəzifəsi həmin qərarı icra etməkdir. Ali Məclisin qərarına belə münasibət Məclis üzvlərinə hörmətsizlikdir”. R. Quliyevin Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi ilə bağlı dediklərinə gəldikdə, S.Cəlaloğlu tərkibin Ali Məclisdə müəyyənləşdiyini bildirib. S.Cəlaloğlunun sözlərinə görə, ona qarşı yönəlmiş bu cür çıxışlar partiyanın qurultayında sədrliyə namizəd olacağı haqda məlumat yayıldıqdan sonra başlayıb: “Rəsul Quliyev deyir ki, ADP-də demokratik qurultay keçiriləcək, demokratik qurultayda da alternativ namizədlər olmalıdır. İlk alternativlə bağlı məlumat yayılan kimi isə başladılar ki, Məclisdə kvorum yoxdur, sonra dedilər ki, bu qərardan Rəsul Quliyevin xəbəri olmayıb, indi də deyirlər ki, Komitənin tərkibi razılaşdırılmayıb. Tərkibi partiyanın İdarə Heyətindən, İcra Aparatından və Məclisin Rəyasət Heyətindən formalaşıb. Məclisdən sonra Rəsul Quliyev dəfələrlə Həsrət Rüstəmovla əlaqə saxlayıb, qurultaya hazırlıq işləri ilə maraqlanıb. Sadəcə, mən öz namizədliyimlə bağlı fikir bildirdikdən sonra bu narahatlıq yaranıb. Bu cür şantaj xarakterli üsullara əl atırlar ki, mən partiya sədrliyinə namizədliyimi irəli sürməyim. Əgər mənim namizədliyimdən narahatdırlarsa, açıq desinlər. Təəssüf edirəm ki, Rəsul Quliyev bizimlə mətbuat vasitəsilə danışır”.
Bu cür şantaj və böhtanla demokratik seçkinin qeyri-mümkünlüyünü vurğulayan S.Cəlaloğlu Məclisin qərarından sonra R.Quliyevin onlara heç bir irad bildirmədiyini, onun namizədlik məsələsi ortaya çıxdıqdan sonra hətta müavinləri ilə əlaqəni belə kəsdiyini söyləyib: “Biz sədrin iradlarını mətbuat vasitəsi ilə öyrənirik. Bu məsələdə onu da qınamıram. Çünki ona yalan informasiya verən adamlar var. Kimlərsə rayon təşkilatları adından bəyanatlar hazırlayır, guya qurultayda kimisə dəstəkləməklə bağlı fikirlər bildirirlər”. /APA/
Daxili siyasət
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq
Milli Məclisin iclası başlayıb
Xəbər Lenti
DÇ-2026: Braziliya qələbə axtarışında
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
Ukrayna PUA-ları Moskvaya kütləvi hücum edib, 80-ə yaxın dron vurulub - YENİLƏNİB-1
Dövlət proqramının hədəfləri, fermerlərin gözləntiləri: Şəmkirdə keçirilən aqrar müşavirədən REPORTAJ
Aİ Rusiyanın ticarət məhdudiyyətlərinə görə Ermənistana 34 milyon avro ayırıb
Azərbaycan şahmatçısı Aydın Süleymanlı dünya çempionu Maqnus Karlseni məğlub edib - FOTO
Rəsmi Tehran: AEBA müfəttişlərinin nüvə obyektlərində təftiş aparması planlaşdırılmır
Caner Erkin karyerasını başa vurduğunu açıqlayıb
İsrail Livanı bombalayıb, 47 nəfər ölüb - YENİLƏNİB
İran XİN Hörmüz boğazının bağlanmasına dair xəbərləri təkzib edib
DİM: Sıfır bal toplayanlar ən çox riyaziyyat, coğrafiya və kimya fənləri üzrədir
Malayziya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb - FOTO
İran XİN: ABŞ-la yaxın günlərdə görüşün keçirilməsi üçün hazırlıq görülür
Elnarə Akimova: Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması zamanın tələbidir
Qəbul imtahanlarında abituriyentlərin 21.4%-i fənlərin ən azı birindən sıfır bal toplayıb
DİM: Azərbaycan və rus bölmələrində abituriyentlərin hazırlıq səviyyəsi arzuolunan deyil
MN-in Tibb İdarəsində müşavirə keçirilib
DİM: İxtisas qrupları üzrə qəbul planı ilə ərizələrin sayı arasında qeyri-tarazlıq var
Xocalıda 34 ildən sonra ilk dəfə barama tədarük olunub - FOTO
Qəbul və buraxılış imtahanlarında aşkarlanan qayda pozuntuları açıqlanıb
DİM: Ortastatistik məzun təhsil proqramının 40–77%-ni mənimsəmir
I–IV ixtisas qrupları üzrə abituriyentlərin 40 faizə yaxını 200-dən az bal toplayıb
“Regional Su Meliorasiya” və “İri Şəhərlərin Su Təchizatı” QSC-lərin nizamnamələri təsdiqlənib
Əraqçi İsraili "daimi müharibə" istəməkdə günahlandırıb
"Reuters": ABŞ-la Qətərin vasitəçiliyi ilə İsrail və "Hizbullah" atəşkəsə razılaşıb
Sabunçuda 12 il əvvəl evi qarət etdikdən sonra qətl törədən şəxsə hökm oxunub
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Almaniya səfirini qəbul edib
Tramp Xameneiyə cavab verib: Çarəsizlikdən danışıqlar aparan İran idi
Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası keçirilib
Tramp: Müharibə İranı zəiflədib, heç nələri yoxdur
Ağdamda əmək yarmarkasında 160-dan çox vakansiya təqdim edilib
Xəzər rayonunda açıq ərazidə yanğın söndürülüb - VİDEO - YENİLƏNİB
Günay Cəlilova AmCham Azərbaycanın İdarə Heyətinin üzvü seçilib
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Lavrov: Rusiya ABŞ-ın Ukraynaya yanaşmasını yenidən dəyişə biləcəyini hiss edir
Narkotik tranziti və kiberdələduzluqda ittiham edilən dəstə üzvlərinə hökm oxunub - YENİLƏNİB
Khalid Khalafalla: Özəl Sektor Forumunda əldə olunan razılaşmalar əməkdaşlıq imkanlarını genişləndirdi
KİV: ABŞ İrana İsrailin Livana hücumlarını artırmayacağını bildirib
Azərbaycan və Türkiyə arasında hərbi logistika sahəsində əməkdaşlıq müzakirə olunub, protokol imzalanıb
Tramp Meloninin şəkil çəkdirmək üçün ona yalvardığını iddia edib, İtaliya lideri bunu uydurma adlandırıb
Bakıda İƏT-in keçiriləcək tədbirinə hazırlıq üzrə əməkdaşlıq sənədi imzalanıb
Azərbaycan “Metrik Konvensiya”ya qoşulacaq
İslam İnkişaf Bankı Qrupunun sədri: Azərbaycanla əməkdaşlıq yeni mərhələyə qədəm qoyub
Ölkə üzrə iyun ayının pensiya ödənişləri yekunlaşdırılıb
Nazir növbəti 5 ildə Azərbaycan–İİB əməkdaşlığının daha çox hansı sahələrə fokuslanacağından danışıb
İslam İnkişaf Bankı Qrupunun Azərbaycanda layihələrə ayırdığı vəsaitin həcmi bilinib
Pakistan XİN rəhbəri İsveçrədə planlaşdırılan ABŞ-İran danışıqlarının ləğv olunmasının səbəbini açıqlayıb