Bank Of Baku

Yuri Merzlyakov: “İstərdik ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü martın əvvəlinədək baş tutsun”

Yuri Merzlyakov: “İstərdik ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü martın əvvəlinədək baş tutsun”
# 08 fevral 2007 10:51 (UTC +04:00)
Bu sözləri APA-ya eksklüziv müsahibəsində ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov Bakıda səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) prezidenti Qoran Lenmarkerin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair razılığın PA-nın iyulda keçiriləcək sessiyasına kimi əldə olunacağına ümidvar olması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. Sazişin nizamlanmanın əsas prinsipləri əsasında hazırlanacağını diqqətə çatdıran diplomat əsas prinsiplərin kağız üzərində əksini tapıb-tapmayacağının hələlik məlum olmadığını bildirib: “Forma barədə danışmaq tezdir, əsas odur ki, tərəflər məzmun üzrə razılığa gəlsin. Hər şey onların qərarından asılı olacaq”. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin “Praqa prosesi” çərçivəsində danışıqlarının növbəti raundunun vaxtı və yeri barədə sualın cavabında Y.Merzlyakov deyib ki, həmsədrlər görüşün keçirilməsi üçün iş aparır: “İstərdik ki, nazirlərin görüşü martın əvvəlinədək baş tutsun”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR