Bank Of Baku

Araz Əzimov İtaliyada siyasi və hərbi mövzularda məsləhətləşmələr keçirib

Araz Əzimov İtaliyada siyasi və hərbi mövzularda məsləhətləşmələr keçirib
# 08 fevral 2007 11:09 (UTC +04:00)
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov fevralın 5-6-da İtaliyada səfərdə olub. XİN-in Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadənin APA-ya verdiyi məlumata görə, A. Əzimov İtaliya XİN-in çoxtərəfli siyasi məsələlər və insan hüquqları üzrə baş direktorluğunda baş direktor Culio Tersi və müxtəlif baş ofislərin rəhbərləri ilə məsləhətləşmələr aparıb. Məsləhətləşmələr çərçivəsində geniş spektrli məsələlər, o cümlədən iki ölkənin beynəlxalq təşkilatlarda əməkdaşlığı, Azərbaycanın Avropa İttifaqı, NATO ilə əməkdaşlığı və İtaliyanın bu işə verə biləcəyi töhfələr, GUAM ölkələri ərazisindəki münaqişələr, o cümlədən Dağlıq Qarabağ problemi, Azərbaycanın enerji daşıyıcılarının Avropaya ixracında rolu, iki ölkənin beynəlxalq terrorizmə, mütəşəkkil cinayətkarlığa, narkotiklərin nəqlinə, qadağan olunmuş silahların yayılmasına, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlığı, həmçinin ölkəmizin sivilizasiyalar və dinlərarası dialoqdakı rolu barədə müzakirələr aparılıb. A. Əzimov İtaliya müdafiə nazirinin müavini Covanni Lorenso Furçerri, Avropa İttifaqı siyasəti və beynəlxalq ticarət nazirinin müavini Milos Budin, xarici işlər nazirinin müavini Fabiano Kurçanelli, parlament üzvləri və Beynəlxalq Məsələlər İnstitutunun rəhbərliyi ilə də görüşlər keçirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR