Bank Of Baku

Sabah ADP MNTK partiya Ali Məclisinin sabiq sədri Akif Şahbazovun partiya məsuliyyəti məsələsinə baxacaq

Sabah ADP MNTK partiya Ali Məclisinin sabiq sədri Akif Şahbazovun partiya məsuliyyəti məsələsinə baxacaq
# 08 fevral 2007 12:23 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) sabah partiyanın Ali Məclisinin sabiq sədri Akif Şahbazovun partiya məsuliyyəti məsələsinə baxacaq. Bu barədə APA-ya MNTK sədri Bəhruz Məmmədov məlumat verib. Onun sözlərinə görə, ADP-nin IX Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsi bununla bağlı MNTK-ya müraciət edib: “Mən Akif Şahbazovla görüşdüm və Ali Məclisin yanvarın 27-də qəbul olunmuş qərarın ləğvi ilə bağlı sərəncamın surətini istədim. Amma o bildirdi ki, sərəncam evdə qalıb. Buna görə də surəti bizə təqdim etmir. Buna baxmayaraq, istənilən halda bəyanatla da olsa çıxış edib, nizamnamə ilə müəyyən olunmuş səlahiyyət həddini aşıb, partiyanın ümumi kursuna zidd çıxışlar edib və Ali Məclisdə qəbul olunmuş qərarların icrasını yerinə yetirmək əvəzinə ona qarşı əks təbliğat aparıb”. B. Məmmədov A. Şahbazovun etdiyi nizamnamə pozuntusuna görə partiyadan çıxarılma məsələsinin müzakirə ediləcəyini də istisna etməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR