Bank Of Baku

Qoran Lenmarker Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ilə görüşüb

Qoran Lenmarker Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ilə görüşüb
# 08 fevral 2007 12:46 (UTC +04:00)
ATƏT Parlament Assambleyasının prezidenti Qoran Lenmarker Milli Məclis sədrinin müavini, Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ilə görüşüb. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə B. Muradova müstəqilliyini yeni qazanan Azərbaycanın dinamik inkişaf yolunda olduğunu, enerji təhlükəsizliyi və digər qlobal layihələrdə iştirakının onun dünyadakı mövqeyini xeyli möhkəmləndirdiyini bildirib: “Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin itirilməsi, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşaması nəinki ölkəmizin, eləcə də regionun demokratik tərəqqisinə böyük maneçilik törədir. İşğalçı mövqeyindən çəkilməyən Ermənistan mühüm regional layihələrdə iştirakdan kənarda qalıb”. B. Muradova Q. Lenmarkerin nəzərinə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsi üzrə məruzədə bu faktların öz əksini tapması mühüm əhəmiyyət kəsb edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR