Bank Of Baku

Sabiqlərin bir neçəsi barədə dövlət çevrilişinə cəhd ittihamı üzrə cinayət işi digər ittihamlardan ayrılıb

Sabiqlərin bir neçəsi barədə dövlət çevrilişinə cəhd ittihamı üzrə cinayət işi digər ittihamlardan ayrılıb
# 08 fevral 2007 13:05 (UTC +04:00)
Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyevin APA-ya verdiyi məlumata görə, həmin şəxslər barəsində dövlət çevrilişinə cəhd ittihamı üzrə cinayət işi digər ittihamlardan ayrılıb. Adıçəkilən şəxslərlə yanaşı, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev də eyni ittiham üzrə təqsirləndirilir.
V. Əliyevin sözlərinə görə, bu cinayət işi üzrə istintaqın aprel ayında yekunlaşması gözlənilir. Bundan sonra iş Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndəriləcək. Qeyd edək ki, APA bir müddət əvvəl sabiqlərin bir neçəsinin, o cümlədən keçmiş səhiyyə naziri Əli İnsanovun cinayət işinin bir hissəsinin yekunlaşaraq, məhkəmə baxışına göndərildiyi və bu tərkibdə dövlət çevrilişinə cəhd epizodunun olmadığı barədə məlumat yayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR