Bank Of Baku

Londonda “Erməni iddiaları beynəlxalq yalandır” mövzusunda konfrans keçiriləcək

Londonda “Erməni iddiaları beynəlxalq yalandır” mövzusunda konfrans keçiriləcək
# 08 fevral 2007 13:39 (UTC +04:00)
İstanbul Universitetinin müəllimi Mehmet Pərinçək fevralın 25-də Londondakı Siti Universitetinin konfrans salonunda “Rus ve erməni sənədlərindəki həqiqətlər və imperialist yalanı” mövzusunda məruzə ilə çıxış edəcək. Tələt Paşa Hərəkatının Koordinasiya Mərkəzindən APA-nın Türkiyə bürosuna verilən məlumata görə, tədbir hərəkatın Avropada təşkil etdiyi ən önəmli elmi konfranslardan biri olacaq. Çünki İngiltərədə ilk dəfə olaraq rus və erməni mənbələri əsasında “soyqırım”ın əsassız iddialara söykəndiyi arxiv materialları ilə nümayiş etdiriləcək. Qeyd edək ki, Tələt Paşa Hərəkatının Avropadakı tədbirləri qitədə bəzi dairələrin narahatlığına səbəb olub. Avropa Parlamenti ötən ilin sentyabr ayındakı iclaslarının birində Ərdoğan hökumətindən hərəkatın bağlanmasını tələb edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR