Bank Of Baku

MSK üzvü Rövşən İsmayılov: “Seçki Məcəlləsində MSK tərkibinin formalaşması ilə bağlı hər hansı konkret müddət nəzərdə tutulmayıb”

MSK üzvü Rövşən İsmayılov: “Seçki Məcəlləsində MSK tərkibinin formalaşması ilə bağlı hər hansı konkret müddət nəzərdə tutulmayıb”
# 08 fevral 2007 15:56 (UTC +04:00)
“Mərkəzi Seçki Komissiyasında boş qalmış yerlərə nümayəndələr müəyyənləşdirmək Milli Məclisin səlahiyyətində olan məsələdir”. Bu açıqlamanı APA-ya MSK üzvü Rövşən İsmayılov verib. Onun sözlərinə görə, Seçki Məcəlləsində MSK tərkibinin formalaşması ilə bağlı hər hansı konkret müddət müəyyən olunmayıb və bu məsələdə bütün səlahiyyət parlamentə verilib: “Qanunvericilikdə MSK üzvünün hansı müddətə kimi müəyyənləşməsi ilə bağlı məsələ olmadığına görə, hazırkı vəziyyətin nə vaxta qədər davam edəcəyini söyləmək mümkün deyil. Prinsipcə, qanunvericilikdə məhdudiyyətin olmadığını nəzərə aldıqda, bu prosesin davam edəcəyini də söyləmək olar. Amma məsələ Milli Məclisin səlahiyyətindədir və ola bilər ki, həmin yer parlamentdə azlıqda olub MSK-da təmsil olunmayan digər partiyalara verilsin”. R. İsmayılov MSK-nın katibinin müəyyənləşməsi prosesinin də bu məsələyə görə ləngidiyini bildirib: “Biz MSK-nın iki üzvünün də müəyyənləşməsini gözləyirik. Yalnız bundan sonra katib seçiləcək”. Qeyd edək ki, Müsavat Partiyası MSK-ya nümayəndə göndərməkdən imtina etdiyi üçün bu qurumda parlamentdəki azlıqda olan partiyalar üçün nəzərdə tutulmuş 6 yerdən biri boş qalıb. Həmçinin bitərəflərin parlamentdə azlıqda olan partiyalarla razılaşdırılmalı olduğu bir yerin sahibi də müəyyənləşdirilməyib. Müsavat Partiyası yalnız seçki komissiyalarının paritet əsaslarla formalaşacağı halda bu quruma nümayəndə göndərəcəyini elan edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR