Bank Of Baku

Polşa Odessa-Brodı kəmərinin Baltik dənizinə qədər uzadılması üçün Azərbaycan və Qazaxıstanın təminat verməsini istəyir

Polşa Odessa-Brodı kəmərinin Baltik dənizinə qədər uzadılması üçün Azərbaycan və Qazaxıstanın təminat verməsini istəyir
# 08 fevral 2007 16:06 (UTC +04:00)
Polşa Odessa-Brodı neft kəmərinin Baltik dənizinə qədər uzadılmasında iştirak etməyə hazırdır, bir şərtlə ki, layihədə Azərbaycan və Qazaxıstanın da iştirakına təminat verilsin. APA-nın məlumatına görə, bu bəyanatla Kiyevdə mətbuat konfransı keçirən Polşanın Ukraynadakı səfiri Yasek Klyuçkovski çıxış edib. Onun sözlərinə görə, hazırda bu layihənin perspektivdə rentabelli olacağı və gəlir gətirəcəyi, həmçinin lazımi qədər neftlə təmin olunacağı ilə bağlı qeyri-müəyyənlik mövcuddur: “Bizim mövqeyimiz dəqiq və aydındır - layihədə iştirak etmək istəyirik. Ancaq bizə Azərbaycanla Qazaxıstanın təminatı lazımıdır ki, onlar bu kəmərə lazımi qədər neft verəcəklər”. Səfir bildirib ki, bunun üçün layihənin hökumət səviyyəsində iqtisadi-texniki əsaslandırılması və hökumətlərarası razılaşmalar tələb olunur. Y. Klyuçkovski Odessa-Brodı kəmərinin Baltik dənizinə qədər uzadılmasının çox mürəkkəb və çətin iş olduğunu söyləyib.
Qeyd edək ki, Qara dəniz sahilindəki Odessa şəhərindən Polşa sərhədləri yaxınlığındakı Brodı (Lvov vilayəti) şəhərinə qədər çəkilən neft kəməri 1996-2001-ci illər ərzində inşa olunub. Uzunluğu 675 kilometr, layihə gücü ildə 14,5 milyon tondur. Kəmərin Brodıdan Polşanın Plotsk şəhərinə, oradan isə bu ölkənin Baltik dənizindəki Qdansk limanına qədər uzadılması nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR