Bank Of Baku

Bakıda Azərbaycan və Türk Diaspora Təşkilatları Rəhbərlərinin I Forumu keçiriləcək

Bakıda Azərbaycan və Türk Diaspora Təşkilatları Rəhbərlərinin I Forumu keçiriləcək
# 08 fevral 2007 16:10 (UTC +04:00)
Bakıda Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumu keçiriləcək. Bu barədə APA-ya Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (XÖYAİDK) mətbuat xidmətindən məlumat verilib. Martın 9-da keçiriləcək forumda Azərbaycan prezidenti cənab İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirak edəcəyi gözlənilir. Foruma Azərbaycan və Türkiyənin dövlət və hökumət nümayəndələrinin, xarici ölkələrdə fəaliyyət göstərən nüfuzlu azərbaycanlı və türk icmalarının, türkdilli xalqların və dövlətlərin təmsilçiləri də qatılacaq. Foruma 48 ölkədən ümumilikdə 450 nəfərə yaxın nümayəndənin dəvət olunması planlaşdırılır.
Forumda türk dövlətləri arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, diaspor quruculuğu sahəsində əməkdaşlığın dərinləşdirilməsi, türkdilli xalqların tarixi, müasir həyatı, sosial-iqtisadi inkişaf səviyyəsi, mədəniyyəti ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması, diaspor təşkilatlarının fəaliyyətinin səmərəliliyin artırılması, habelə bütün türk xalqları arasında münasibətlərin inkişafı, onların problemlərinin diqqət mərkəzində saxlanılması ilə bağlı məsələlər müzakirə ediləcək. Forumun sonunda bir sıra mühüm sənədlər qəbul olunacaq. Bunlardan ən əhəmiyyətlisi “Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası”dır. Bundan başqa, forum iştirakçıları adından dünya türkdilli xalqlarına müraciət, Bakı bəyannaməsi, Ermənistanın Azərbaycana təcavüzü və erməni terrorçularının azərbaycanlılara qarşı törətdikləri terror və soyqırım aktları ilə bağlı birgə bəyanat, bədnam “erməni soyqırımı” iddialarının tanınması barədə qərar qəbul edən ölkələrə etiraz bəyanatının qəbul olunması nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR