Bank Of Baku

Qoran Lenmarker: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər iki tərəfin fikirlərini öyrənmək mənim üçün çox vacib idi”

Qoran Lenmarker: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər iki tərəfin fikirlərini öyrənmək mənim üçün çox vacib idi”
# 09 fevral 2007 08:59 (UTC +04:00)
ATƏT Parlament Assambleyasının prezidenti Qoran Lenmarker Azərbaycanda fəaliyyət göstərən bir qrup QHT nümayəndəsi ilə görüşüb. APA-nın məlumatına görə, Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu jurnalistlərə açıqlamasında bildirib ki, görüşdə insan haqlarının qorunması, seçki qanunvericiliyinin təkmilləşdirilməsi və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər müzakirə edilib. QHT təmsilçiləri Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı Azərbaycanla Avropa qurumları arasında aparılan müzakirələrdə iştirak etmək istədiklərini söyləyiblər. Görüşdən sonra Q. Lenmarker Bakıya səfərinin çox səmərəli olduğunu, Dağlıq Qarabağ münaqişəsi haqqında həm Bakıda, həm də İrəvanda hər iki tərəfin fikirlərini öyrəndiyini deyib: “Bu, mənim üçün çox vacib idi”. Ermənistanda olarkən prezident Robert Köçəryanla nə üçün görüşmədiyinə dair sualı cavablandıran Q. Lenmarker bildirib ki, ona həmin vaxt R. Köçəryanın ölkədə olmadığı deyilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR