Bank Of Baku

Ötən ay Konstitusiya Məhkəməsinə vətəndaşlardan 172 şikayət daxil olub

Ötən ay Konstitusiya Məhkəməsinə vətəndaşlardan 172 şikayət daxil olub
# 09 fevral 2007 09:10 (UTC +04:00)
Ötən ay Konstitusiya Məhkəməsinə vətəndaşlardan 172 şikayət daxil olub. Bu barədə APA-ya Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib. Daxil olan şikayətlərin 53-ə palataların iclaslarında baxılır, 29 şikayətlə bağlı isə imtina barədə qərardad çıxarılıb. Qeyd edək ki, 2006-cı ildə Konstitusiya Məhkəməsinə (KM) 2090 şikayət daxil olub. Hesabat dövründə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 11 qərar və 4 qərardad çıxarılıb. Qərarlardan 9-u fərdi şikayətlərlə, 1-i baş prokurorun sorğusu ilə, 1-i isə Milli Məclisə təkrar seçkilərlə bağlıdır. KM-yə 2004-cü ildə 2956, 2005-ci ildə 2640 şikayət daxil olub. Konstitusiya Məhkəməsi tərəfindən 1998-ci ildən 2006-cı ilədək 133 qərar, 21 qərardad çıxarılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR