Bank Of Baku

Tahir Tağızadə: “Dağlıq Qarabağ münaqişəsi dedikdə söhbət bir suveren dövlətin digər suveren dövlətə qarşı təcavüzündən gedir”

Tahir Tağızadə: “Dağlıq Qarabağ münaqişəsi dedikdə söhbət bir suveren dövlətin digər suveren dövlətə qarşı təcavüzündən gedir”
# 09 fevral 2007 09:34 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Xarici İşlər Nazirliyi Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə verib. Kosovo nizamlanma variantının digər münaqişələr üçün presedent olmayacağı barədə verilən bəyanatlarda Dağlıq Qarabağ münaqişəsinin adının Dnestryanı, Abxaziya, Cənubi Osetiya ilə yanaşı çəkilməməsinə aid sualı cavablandıran XİN rəsmisi bildirib ki, paralel aparmaq yersiz olduğu üçün Dağlıq Qarabağ münaqişəsinin adı xatırlanmayıb. Qeyd edək ki, bir sıra siyasətçilər, o cümlədən ABŞ dövlət katibinin müavini Daniel Frid Kosovo variantının digər münaqişələr üçün nümunə ola bilməyəcəyi barədə verdikləri bəyanatlarda Dağlıq Qarabağı qeyd etməyiblər. Kosovo nizamlanması ilə bağlı planı hazırlayan qrupun rəhbəri Martti Axtisaari də jurnalistlərə bildirib ki, BMT Təhlükəsizlik Şurası Kosovonun statusu barədə məsələni həll etsə, bu presedent yaratmayacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR