Bank Of Baku

Azərbaycan nümayəndə heyəti İslam Konfransı Təşkilatının Parlament İttifaqı Şurasının sessiyasında iştirak edəcək

Azərbaycan nümayəndə heyəti İslam Konfransı Təşkilatının Parlament İttifaqı Şurasının sessiyasında iştirak edəcək
# 09 fevral 2007 10:23 (UTC +04:00)
Fevralın 14-dən 16-dək Malayziyanın paytaxtı Kuala-Lumpurda İslam Konfransı Təşkilatının (İKT) Parlament İttifaqı Şurasının 9-cu sessiyası keçiriləcək. Tədbirdə Azərbaycanı Milli Məclisin üzvü Gövhər Baxşəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Bu barədə APA-ya məlumat verən G.Baxşəliyeva deyib ki, iclasdan bir gün öncə təşkilatın üç xüsusi daimi komitəsinin iclası olacaq. Fevralın 13-də isə İKT İcraiyyə Komitəsinin 16-cı iclası keçiriləcək. Deputatın sözlərinə görə, sessiyada İraqdakı vəziyyət, İsrail də daxil olmaqla, Şərq regionunun nüvə silahından azad zonaya çevrilməsi, Əl-Aksa məscidinin sökülmək təhlükəsinin qarşısının alınması, Fələstin, Livan, Suriya və digər ərəb torpaqları ilə bağlı vəziyyət, Şərq ölkələri arasında iqtisadi-mədəni əlaqələr və digər mövzularda müzakirələr aparılacaq. Azərbaycan nümayəndə heyətinin üzvləri sessiyada çıxış edərək, müzakirə olunan məsələlərə münasibətlərini açıqlayacaqlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR