Bank Of Baku

Qoran Lenmarker: “Hesab edirəm ki, 2007-ci il Dağlıq Qarabağ münaqişəsinin son ili ola bilər”

Qoran Lenmarker: “Hesab edirəm ki, 2007-ci il Dağlıq Qarabağ münaqişəsinin son ili ola bilər”
# 09 fevral 2007 11:38 (UTC +04:00)
APA-nın məlumatıma görə, bu fikirləri Bakıda Dövlət Universitetinin müəllim-tələbə heyəti ilə görüşdə ATƏT Parlament Assambleyasının prezidenti Qoran Lenmarker söyləyib. O, münaqişənin mövcudluğunu anormal hal kimi qiymətləndirməyin düzgün olmadığını deyib. “Dağlıq Qarabağ münaqişəsini müzakirə edən bütün şəxslərlə söhbətim zamanı bildirirəm ki, bu tip münaqişələr Avropa tarixi üçün normal haldır. Azərbaycan 1991-ci ildə müstəqillik qazanıb və beynəlxalq qanunlar da Azərbaycanın ərazi bütövlüyünü tanıyır”. Kosovo nizamlama modelinin Dağlıq Qarabağa münaqişəsinə tətbiqini mümkünsüz sayan Qoran Lenmarker bunu münaqişələrin fərqli mahiyyəti ilə əsaslandırıb. “Kosovo münaqişəsinin həlli ilə bağlı qəbul edilən istənilən qərar Dağlıq Qarabağ münaqişəsinin həll prosesinə təsir göstərməyəcək. Bunlar tam fərqli tarixə malik olan fərqli münaqişələrdir. ATƏT artıq uzun iləlrdir bu münaqişənin nizamlanması prosesi ilə məşğuldur. ATƏT dialoq prosesinin mühitini yumşaltmağa çalışır, lakin ATƏT-in Minsk Qrupu münaqişənin hansı yolla həllinə dair müstəqil qərar verə bilməz. Biz yalnız vasitəçilik edə bilərik. Mən hər iki münaqişə tərəfini razı sala biləcək həll variantının tapılacağına optimist yanaşıram. Yaxın vaxtlarda Ermənistanda parlament seçkiləri keçiriləcək və ermənilərin nöqteyi-nəzərincə yanaşsaq, indiki dövrdə münaqişənin nizamlanma prosesində irəli addım atmaq çətindir. Lakin seçkilərdən sonra əminəm ki, problemin sülh yolu ilə həllinə nail olacağıq”. Hər il qoşunların təmas xəttində çoxlu sayda gənc azərbaycanlı və erməninin öldüyünü deyən Lenmarker insanların öz doğma yurd-yuvalarına qayıtmasına tərəfdar olduğunu vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR