Bank Of Baku

AMİP “Güney Azərbaycanda insan hüquqları: mövcud vəziyyət” mövzusunda dəyirmi masa keçirilib

AMİP “Güney Azərbaycanda insan hüquqları: mövcud vəziyyət” mövzusunda dəyirmi masa keçirilib
# 09 fevral 2007 11:45 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) təşəbbüsü ilə “Güney Azərbaycanda insan hüquqları: mövcud vəziyyət” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən AMİP-in təbliğat katibi Əli Orucov bildirib ki, İranda azərbaycanlıların hüquqları pozulur və baş verənlər Azərbaycanın hüquq-müdafiə təşkilatlarını da maraqlandırmalıdır. Güney Azərbaycan Beynəlxalq Forumunun Analitik İnformasiya Mərkəzinin direktoru Sadiq İsabəyli İranda yaşayan azərbaycanlıların milli hüquqlarını tələb etdiklərinə görə təzyiqlə üzləşdiklərini deyib: “Milli hüquqlarını tələb edən azərbaycanlıların vəkili olan Saleh Kamrani ötən il tutularaq qanunsuz olaraq Tehranın “Evin” həbsxanasında saxlanıldı. Belə faktlar onlarladır. Yəni, milli fəalları müdafiə edənlər də həbs olunur”. S. İsabəyli Azərbaycanın hüquq-müdafiə təşkilatlarını bu məsələlərə diqqət yetirməyə və İrandakı azərbaycanlıların hüquqlarını qorunması istiqamətində tədbirlər həyata keçirməyə çağırıb. Hüquq müdafiəçisi Murad Sadəddinov İrandakı azərbaycanlıların hüquqlarının qorunması məqsədilə lazımi dəstəyi verməyə hazır olduğunu bildirib: “Təklif edirəm ki, Azərbaycanın hüquq-müdafiə təşkilatlarının adından beynəlxalq təşkilatlara müraciət ünvanlansın və burada Güney Azərbaycanda baş verənlər əks olunsun”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR