Bank Of Baku

Qoran Lenmarker: “Avropa İttifaqının sərhədləri Xəzər sahillərinə yaxınlaşır”

Qoran Lenmarker: “Avropa İttifaqının sərhədləri Xəzər sahillərinə yaxınlaşır”
# 09 fevral 2007 11:47 (UTC +04:00)
APA-nın məlumatına görə, Q. Lenmarker Avropa İttifaqının sərhədlərinin Xəzər sahillərinə yaxınlaşdığını bildirib. Onun sözlərinə görə, hazırda Ukraynanın timsalında Qara dəniz bölgəsinin Avropa İttifaqına inteqrasiyası gündəmdədir, bundan sonra isə üç Cənubi Qafqaz ölkəsinin məsələsi gündəmə gələcək: “Buna qərar vermək yalnız sizdən asılıdır. Əgər siz Avropanın bir hissəsi olmaq istəyirsinizsə, bundan şad olarıq. Ancaq Avropanın bir hissəsinə çevrilmək irəli sürülən bütün şərtləri və ümumi oyun qaydalarını qəbul etmək deməkdir. Bu, iqtisadi islahatlar, demokratikləşmə və digər sahələrə aiddir”. Q. Lenmarkerin sözlərinə görə, Avropa İttifaqı hər şeyin bir mərkəzdən idarə olunduğu yeni imperiya yox, müəyyən dəyərlər üzərində qurulan bir təşkilatdır: “Bizim əməkdaşlığımız demokratik standartlar və insan hüquqlarının qorunması təməli üzərində qurulmalıdır. Digər çox vacib prinsip təhlükəsizlikdir və biz bu məsələ üzərində fəal işləməliyik”. Q. Lenmarker Avropaya inteqrasiyanın iqtisadi şərtlərindən biri kimi ölkələr arasında açıq sərhədlərin mövcud olmasını da qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR