Bank Of Baku

Qoran Lenmarker: “Hazırda əsas məsələ işğalı dayandırmaq və Azərbaycanla Ermənistan arasında dinc münasibətlər yaratmaqdır”

Qoran Lenmarker: “Hazırda əsas məsələ işğalı dayandırmaq və Azərbaycanla Ermənistan arasında dinc münasibətlər yaratmaqdır”
# 09 fevral 2007 12:05 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə ATƏT Parlament Assambleyasının prezidenti Qoran Lenmarker verib. O, hazırkı vəziyyətdə həllini gözləyən bir çox məqamların olduğunu vurğulayıb. “Hazırda əsas məsələ işğalı dayandırmaq və iki ölkə arasında dinc münasibətlər yaratmaqdır. Qaçqınlar və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar. Mənə elə gəlir ki, münaqişənin hər iki tərəfi problemin dinc yolla həllinə maraq göstərir. Ümidvaram ki, Dağlıq Qarabağ münaqişəsinə dair hesabatın son variantını açıqlamağa ehtiyac qalmayacaq, problem həll olunacaq və mən hesabat hazırlamayacağam”. Qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşə toxunan Lenmarker onlarla ölkədə vəziyyəti müzakirə etdiyini deyib: “Onların fikirləri həddən artıq maraqlı idi və tənqid üzərində qurulmuşdu. Hələlik mənə deyilən fikirləri qiymətləndirmək çox tezdir. Bunun üçün Azərbaycanda vəziyyətə dair bütün tərəflərin yazılı hesabatlarını almaq lazımdır ki, situasiyanı düzgün qiymətləndirim”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR