Bank Of Baku

Nurəddin İsmayılov: “Rəsul Quliyevin ADP-dən getməsi nə onun özü, nə də ADP üçün faciə hesab oluna bilməz”

Nurəddin İsmayılov: “Rəsul Quliyevin ADP-dən getməsi nə onun özü, nə də ADP üçün faciə hesab oluna bilməz”
# 09 fevral 2007 12:07 (UTC +04:00)
“Rəsul Quliyevin ADP-dən getməsi nə onun özü, nə də ADP üçün faciə hesab oluna bilməz”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılov bildirib. Onun sözlərinə görə, R. Quliyev partiyadan getmək qərarı versə, bu, normal qarşılanmalıdır. Hazırda ADP-də sədrin fəaliyyətinə münasibətin necə olmasına gəldikdə, N. İsmayılov həlledici məqamlarda bəzi insanların fikir bildirməyə çətinlik çəkdiyini vurğulayıb: “Amma siyasətçilər gərək qətiyyətli olmağı bacarsın. Son vaxtlar atılan addımlarla bağlı ziddiyyətli fikirlər ortaya çıxıb və bu o anlamı verir ki, dialoqun tərəfdarları ilə əleyhdarları var. Partiyada dialoq tərəfdarları daha çoxdur. Yeni situasiya, yeni siyasi şərait, özünün yeni liderini tələb edir. Kim bu yeni siyasi situasiyaya uyğunlaşacaqsa, onun ideya daşıyıcısına çevriləcəksə, liderlik də ona keçəcək. Artıq yeni strategiya ortaya çıxıb və Sərdar Cəlaloğlu elimi-nəzəri fikirlərini cəmiyyətə açıqlayıb. Hələ ki, digərləri bu strategiyadan çox uzaqdırlar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR