Bank Of Baku

GUAM-ın növbəti sammiti bu ilin iyununda Azərbaycanda keçiriləcək

GUAM-ın növbəti sammiti bu ilin iyununda Azərbaycanda keçiriləcək
# 09 fevral 2007 12:25 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Tələt Əliyev məlumat verib. GUAM-ın 2006-cı il mayın 23-də Kiyevdə keçirilmiş son sammitində qurumun sülhməramlı qüvvələrinin yaradılması barədə qəbul olunmuş qərarın icrası ilə bağlı sualı cavablandıran səfir bildirib ki, proses gedir, bu sahə üzrə ekspertlər işləyir: “Ola bilsin ki, zirvə toplantısına kimi Sülhməramlı Qüvvələrin hazırlığı başa çatsın”. Həmin qüvvələrin sülhə nail olunduqdan sonra Dağlıq Qarabağda yerləşdirilməsi ehtimalına münasibət bildirən T.Əliyev deyib ki, bu, nizamlanma prosesi ilə məşğul olan ATƏT-in qərarından asılıdır: “Dəvət etsələr, sülhməramlıların yerləşdirilməsi mümkündür”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR