Bank Of Baku

YAP Hacıqabul rayon təşkilatının VI konfransı keçirilib

YAP Hacıqabul rayon təşkilatının VI konfransı keçirilib
# 09 fevral 2007 12:51 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Hacıqabul rayon təşkilatının VI konfransı keçirilib. YAP-ın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, rayon təşkilatının sədri Sahib Aslanovun hesabat məruzəsi ilə çıxış edib. Onun sözlərinə görə, yerli təşkilat hesabat dövründə YAP-ın III qurultayının, o cümlədən partiyanın İdarə Heyətinin qəbul etdiyi qərarların və İcra Katibliyi tərəfindən verilən tövsiyyələrin həyata keçirilməsi üçün ciddi tədbirlər görülüb. Konfransda partiyanın İdarə Heyətinin üzvü Yusif Hümbətov çıxış edib və YAP-ın ölkənin aparıcı qüvvəsinə çevrildiyini vurğulayıb. Konfransda təşkilati məsələlərə baxılıb və rayon təşkilatının sədri postuna seçkilər keçirilib. Hafiz Bəşirov rayon təşkilatının yeni sədri seçilib. Konfransda həmçinin 35 nəfərdən ibarət rayon şurası, 15 nəfər tərkibdə idarə heyəti və 5 nəfərdən ibarət nəzarət təftiş qrupu formalaşıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR