Bank Of Baku

Tələt Əliyev: “Ukraynanın böyük regionlarında baş konsulluq və fəxri konsulluq açılmasına dair təkliflər hazırlayıram”

Tələt Əliyev: “Ukraynanın böyük regionlarında baş konsulluq və fəxri konsulluq açılmasına dair təkliflər hazırlayıram”
# 09 fevral 2007 12:58 (UTC +04:00)
Bu barədə APA_ya açıqlama verən diplomat bildirib ki, belə diplomatik missiyalarımız Odessa, Xarkov, Donetsk kimi regionlarda açıla bilər. “Bu regionlar iqtisadi və sənaye cəhətdən çox inkişaf etmiş regionlardır, həmçinin bu regionlarda çoxsaylı soydaşlarımız yaşayır. Ukraynada yaşayan 500 minə yaxın azərbaycanlıların problemi ilə məşğul olmaq bir diplomat üçün çox çətindir. Əgər baş konsuluq və fəxri konsulluqlar yaransa, fəaliyyətimiz digər regionları da əhatə edər və orada yaşayan azərbaycanlıların hüquqlarının qorunması və problemlərinin həlli üçün bir dayaq olar”. Səfir həmçinin bildirib ki, daxili işlər naziri Ramil Usubovla əldə olunan razılığa görə Ukraynada yaşayan Azərbaycan vətəndaşlarının pasport problemlərinin həlli üçün 1 ay ərzində nazirliyin əməkdaşı Kiyevə gedəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR