Bank Of Baku

Müsavat Partiyası Bakının rayonlarında kütləvi aksiyaların keçirilməsi üçün yerlərin ayrılması ilə bağlı Hacıbala Abutalıbova müraciət edib

Müsavat Partiyası Bakının rayonlarında kütləvi aksiyaların keçirilməsi üçün yerlərin ayrılması ilə bağlı Hacıbala Abutalıbova müraciət edib
# 09 fevral 2007 13:24 (UTC +04:00)
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Bakının rayonlarında kütləvi aksiyaların keçirilməsi üçün yerlərin ayrılması ilə bağlı bu gün Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, müraciətdə Konstitusiyanın 49-cu maddəsi və “Sərbəst toplaşmaq azadlığı” haqqında qanuna əsasən, Bakının 4 rayonunda kütləvi aksiyalar üçün yerlərin müəyyənləşdiyi xatırladılıb. A.Hacılı həmin yerlərin bəzilərini yürüş-mitinqlərin keçirilməsi üçün məqbul olduğunu qeyd edib. Bununla bərabər, o, qanunvericiliyə görə Bakının və respublikanın bütün rayonlarında aksiyalar üçün yerlərin ayrılmasının nəzərdə tutulduğunu bildirib. A.Hacılı məsələ ilə bağlı hökumətlə beynəlxalq qurumlar, o cümlədən Avropa Şurası Venesiya Komissiyası arasında danışıqların getdiyini bildirərək konkret yerlər təklif edib. Səbayel rayonunda Səməd Vurğun bağı və ya Sahil bağı, Yasamal rayonunda Qələbə və ya Füzuli meydanı, Nəsimi rayonunda Gənclik meydanı, Nizami rayonunda “Sevinc” kinoteatrının qarşısı, Nərimanov rayonunda “Nərimanov” kinoteatrının qarşısı, Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən İlqar Abbasov adına Mədəniyyət Sarayının qarşısındakı meydan, Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki Heydər Əliyev parkı, Əzizbəyov rayonunda Əzizbəyov adına Mədəniyyət Sarayının qarşısındakı meydan göstərilib. A.Hacılı ATƏT-in Bakı ofisinə və Avropa Şurasının Bakı nümayəndəliyinə də analoji müraciətlər ünvanlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR