Bank Of Baku

Milli Məclisin sosial siyasət daimi komissiyasının iclası keçirilib

Milli Məclisin sosial siyasət daimi komissiyasının iclası keçirilib
# 09 fevral 2007 14:39 (UTC +04:00)
Milli Məclisin sosial siyasət daimi komissiyasının iclası keçirilib. APA-nın məlumatına görə, iclasda “Gənclər siyasəti haqqında” qanun layihəsi müzakirə olunub. Komissiyanın üzvü Əkrəm Abdullayev deyib ki, qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı Gənclər və İdman Nazirliyindən təkliflər daxil olub. Onun sözlərinə görə, bu təkliflər Azərbaycanda gənclər üçün yaş həddinin 16-35 yaşdan 16-30 yaşa qədər endirilməsi, ipoteka kreditlərinin verilməsi, uşaq evlərini tərk edən gənclərə qayğı ilə yanaşılması, gənclər təşkilatlarının dövlət tərəfindən maliyyələşməsi və digər məsələlərlə bağlıdır. İclasda çıxış edən deputat Fuad Muradov qanuna çoxlu sayda əlavə və dəyişikliklərin təklif olunduğunu, buna görə də bu sənədən yenidən hazırlanmasının məqsədəuyğun olduğunu bildirib. Onun sözlərinə görə, yeni qanunda gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması ilə bağlı konkret müddəalar öz əksini tapmalıdır. İclasda irəli sürülən təkliflərin işçi qrupu qaydasında müzakirəsinin davam etdirilməsi qərara alınıb. İclasda, həmçinin “Azərbaycanla Belarus arasında 2015-ci ilə qədər sosial-iqtisadi əməkdaşlıq haqqında” müqavilənin təsdiq olunması haqda məsələ parlamentə tövsiyə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR