Bank Of Baku

ABŞ 2007-ci ildə enerji layihələrinin təhlükəsizliyi və terror təhdidləri ilə mübarizə sahəsində Azərbaycana irimiqyaslı yardımlar göstərəcək

ABŞ 2007-ci ildə enerji layihələrinin təhlükəsizliyi və terror təhdidləri ilə mübarizə sahəsində Azərbaycana irimiqyaslı yardımlar göstərəcək
# 09 fevral 2007 14:49 (UTC +04:00)
Hərbi mənbələrdən APA-ya daxil olan məlumata görə, ümumilikdə ABŞ-ın Azərbaycana digər hərbi proqramlar da nəzərə alınmaqla, ayıracağı vəsait bundan bir neçə dəfə artıq olacaq. Mənbənin məlumatına görə, özündə bir neçə müxtəlif proqramları birləşdirən Xəzər dənizinin Təhlükəsizliyi (CMSP), NATO ilə Azərbaycan arasında imzalanmış Fərdi Tərəfdaşlıq Fəaliyyət Planı (İPAP), sərhədlərin mühafizəsi ilə bağlı proqramlar və s. üzrə ayrılacaq vəsaitlər bu yardımlarda nəzərə alınmır.
Bundan başqa, Birləşmiş Ştatlar 2007-ci il ərzində Azərbaycana enerji layihələrinin təhlükəsizliyi, terror təhdidləri ilə mübarizə sahəsində də irimiqyaslı yardımlar göstərməyi planlaşdırır. Mənbənin məlumatına görə, əməkdaşlıq çərçivəsində Azərbaycanın Hərbi Dəniz Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunları, Sərhəd Qoşunları, Xüsusi Dövlət Mühafizə Xidmətinə və digər hərbiləşdirilmiş qurumlara müxtəlif texniki yardımlar göstəriləcək. Bu yardımlara yeni radiorabitə avadanlıqlarının, helikopterlərin, katerlərin verilməsi, habelə tədris kurslarının keçirilməsi və s. daxildir.
ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henik isə APA-ya açıqlamasında bildirib ki, ABŞ-ın ayırdığı hərbi yardımların məbləği Konqresdə təsdiqlənməlidir. Konqresdə müzakirələr zamanı bu məbləğ dəyişdirilə bilər. “Bu 4,3 milyon dollar ABŞ-ın Azərbaycana ümumi hərbi yardımı deyil, sadəcə, müəyyən proqramlar üçündür. Ümumi yardımlar isə bundan dəfələrlə çoxdur”, - deyən C.Henik maliyyə yardımlarının artırılacağı barədə məlumatları təsdiqləyib.
C.Henikin sözlərinə görə, Hərbi Tədris və Treninq Proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin zabitləri ABŞ-da dil və müxtəlif hərbi kurslarda iştirak edəcəklər. Adıçəkilən proqram bütün dünya ölkələri üçün nəzərdə tutulur.
Qeyd edək ki, bu günlərdə ABŞ prezidentinin Konqresə təqdim etdiyi təkliflərdə 2008-ci ildə Azərbaycana 4 milyon 300 min dollar, Ermənistana isə 3 milyon dollar məbləğində yardım göstərilməsi nəzərdə tutulub. Bundan başqa, Beynəlxalq Hərbi Tədris və Treninq Proqramına əsasən, ABŞ Ermənistana hərbi treninqlər və xarici dil kursları üçün 300 min, Azərbaycana isə 1 milyon dollar vəsait ayıracaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR