Bank Of Baku

ADP Ağcabədi rayon təşkilatı Sərdar Cəlaloğlunun partiyanın təmsilçisi statusundan məhrum edilməsini tələb edir

ADP Ağcabədi rayon təşkilatı Sərdar Cəlaloğlunun partiyanın təmsilçisi statusundan məhrum edilməsini tələb edir
# 09 fevral 2007 15:05 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) Ağcabədi rayon təşkilatı son günlər partiya daxilində baş verən hadisələrlə bağlı bu gün bəyanatla çıxış edib. Yerli təşkilatdan APA-ya daxil olan bəyanatda təşkilat üzvləri partiya sədri Rəsul Quliyevin Ali Məclisin iclasının yenidən keçirilməsi və hakimiyyətlə dialoqla bağlı qərarın yenidən müzakirəsi ilə bağlı qərarını dəstəklədiklərini bildiriblər. İstənilən siyasi qüvvə, həmçinin YAP-la münasibətlərdə R. Quliyevin siyasi xəttini dəstəkləyəcəklərini bildirən Ağcabədi ADP-çiləri Sərdar Cəlaloğlunun partiya sədrinin birinci müavini və “Azadlıq” blokunda partiyanın təmsilçiliyi statuslarından məhrum edilməsini tələb ediblər: “Rəsul Quliyevin mövqeyinə və kursuna zidd mövqe nümayiş etdirdiyi üçün Sərdar Cəlaloğlunun birinci müavin olmağa mənəvi və siyasi haqqının olmadığını bəyan edir, bütün rayon təşkilatlarının bu məsələ ilə bağlı konkret mövqe göstərməyə, gözləmə mövqeyindən çıxmağa çağırırıq”. Bəyanatı rayon təşkilatının sədri Bəxşeyiş Səfiyev imzalayıb.
ADP sədrinin müavini Həsrət Rüstəmov isə APA-ya açıqlamasında bildirib ki, sözügedən bəyanatla bağlı B.Səfiyevlə əlaqə saxlayıb: “Təşkilat sədri mənə bu məsələ ilə bağlı hər hansı bəyanatla çıxış etmədiyini bildirdi”.
B.Səfiyev isə APA-ya açıqlamasında sözügedən bəyanatı özünün hazırladığını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR