Bank Of Baku

İranın xarici işlər nazirinin müavini Bakıda enerji, Xəzər, nəqliyyat məsələlərini müzakirə edib

İranın xarici işlər nazirinin müavini Bakıda enerji, Xəzər, nəqliyyat məsələlərini müzakirə edib
# 09 fevral 2007 16:20 (UTC +04:00)
İranın Azərbaycandakı səfiri Əfşar Süleymani APA-ya eksklüziv açıqlamasında səfəri əhəmiyyətli adlandırıb: “Prezidentlə nazir müavini arasında çox səmimi və məzmunlu görüş keçdi, ikitərəfli əlaqələrin inkişafına dair ətraflı müzakirələr aparıldı. Xəzər məsələsi, iqtisadi, mədəni sahədə, xüsusilə də enerji və nəqliyyat sahəsinə aid olan əməkdaşlığımız, regional məsələlər müzakirə olundu. Yaxın gələcəkdə İranın nəqliyyat nazirinin Bakıya səfəri barədə də məlumat verildi”.
Səfirin bildirdiyinə görə, Mehdi Səfəri xarici işlər nazirinin müavini Xələf Xələfovla da görüşündə ikitərəfli əlaqələr, həm də Xəzərin statusu ilə bağlı məsələləri müzakirə edib. Fevralın sonunda Tehranda beş Xəzəryanı ölkənin işçi qruplarının görüşünün keçirilməsi də müzakirə obyekti olub. Həmin görüşdə zirvə toplantısının bəyanatının hazırlanması və zirvə görüşünün vaxtının müəyyənləşdirilməsi nəzərdə tutulub.
Nəqliyyat naziri Ziya Məmmədovla görüşdə isə iki ölkə arasında nəqliyyat əlaqələri, Şimal-Cənub Nəqliyyat Dəhlizi, avtonəqliyyat yollarının bir-birinə daha çox inteqrasiyası, Astara-Astara dəmiryolunun birləşməsi, birgə dəmiryol və avtomobil körpülərinin tikilməsi məsələləri müzakirə olunub.
Mehdi Səfərini müşayiət edən İranın energetika nazirinin müavini Rəsul Zərgər isə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə görüşüb. Görüşdə İranla Azərbaycan arasında münasibətlər, xüsusilə elektrik stansiyaların tikilməsi ilə bağlı danışıqlar aparılıb. Bu məqsədlə Azərbaycan və İranın mütəxəssislərinin qarşılıqlı səfərlərinin təşkil olunması da razılaşdırılıb. Müzakirələrdə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bu ilin yayına qədər elektrik stansiyanın inşası ilə bağlı layihənin hazırlanması da qərara alınıb.
Mehdi Səfəri Bakıda görüşlərini başa vuraraq, Tehrana yola düşüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR