Bank Of Baku

ADP Mərkəzi Nəzarət Təftiş Komissiyası Ali Məclisin sədri Akif Şahbazovun imzaladığı sərəncamı ləğv edib

ADP Mərkəzi Nəzarət Təftiş Komissiyası Ali Məclisin sədri Akif Şahbazovun imzaladığı sərəncamı ləğv edib
# 09 fevral 2007 16:21 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) Ali Məclisin sədri Akif Şahbazovun ötən gün imzaladığı sərəncamı ləğv edib. Bu barədə APA-ya MNTK-nın sədri Bəhruz Məmmədov məlumat verib. Onun sözlərinə görə, A. Şahbazovun da iştirak etdiyi iclasda onun imzaladığı sərəncamın əsassız olduğu bildirilib. Bundan əlavə Ali Məclisin yanvarın 27-də qəbul etdiyi qərarlar, həmçinin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin tərkibi təsdiqlənib. A. Şahbazovun partiya məsuliyyəti məsələsi də müzakirə olunub. B. Məmmədovun sözlərinə görə, A. Şahbazov partiyanın Mərkəzi Aparatında təmsil olunduğu üçün onunla bağlı məsələyə də bu qurum baxacaq. Mərkəzi Aparatda gələn həftə bununla bağlı müzakirələr aparılacaq.
Akif Şahbazov isə APA-ya açıqlamasında MNTK-nın qəbul etdiyi qərarın hüquqi qüvvəsinin olmadığını bildirib. Onun sözlərinə görə, MNTK partiya sədrinin birinci müavininin diqtəsi ilə işləyir: “Mənim imzaladığım sərəncam tamamilə əsaslı idi. Çünki partiya sədri Ali Məclisin qərarına imza atmamışdı. Buna görə də qərar geri qaytarılmış sayılır, Ali Məclisin iclasını keçirib həmin qərarı yenidən müzakirə edəcəyik”. APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR