Bank Of Baku

Sərdar Cəlaloğlu: “Rəsul Quliyevin Ali Məclisin qərarı ilə bağlı fikri heç bir əhəmiyyət daşımır”

Sərdar Cəlaloğlu: “Rəsul Quliyevin Ali Məclisin qərarı ilə bağlı fikri heç bir əhəmiyyət daşımır”
# 10 fevral 2007 10:50 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu deyib. S.Cəlaloğlu bildirib ki, ADP-nin 70 təşkilatından iki-üçünün bu qərara qarşı çıxması önəmli deyil: “Bu münasibətlərin nəyə görə meydana çıxdığı bizə aydındır. Ona görə də buna əhəmiyyət vermirik”. ADP-nin hakimiyyətlə dialoq məsələsində yenə də israrlı olduğunu deyən S.Cəlaloğlu vurğulayıb ki, iqtidar-müxalifət dialoqu ilə bağlı Azərbaycan prezidenti vaxtilə bəyanat verib. Sadəcə, dialoq məsələsi çətin proses olduğundan, bunun başlanmasına tələsmək lazım deyil: “ADP daxilində baş verənlərlə bağlı hüquqi tərəf bizik. Akif Şahbazov siyasi xuliqanlıq edib. Onun qərarının heç bir əsası yoxdur. Akif Şahbazov özü səhv etdiyini etiraf edib. Lakin onun etirafı heç nəyi dəyişmir, çünki Akif Şahbazovun səhvi cinayət xarakterlidir”.
ADP-nin Ali Məclisinin sədri Akif Şahbazov isə APA-ya açıqlamasında S.Cəlaloğlunun nə demək “qabiliyyəti”nin Azərbaycan ictimaiyyətinə bəlli olduğunu deyib: “Sərdar Cəlaloğlu Azərbaycanda siyasi əxlaqın bu şəkildə aşınmasının müəllifi kimi müntəzəm çıxışlar edir. Onun bu xarakterini uzun müddət müxalifətdə olan yoldaşları daha yaxşı tanıyır. Sərdar Cəlaloğlu mənim ünvanıma nə deyir-desin, fikirləşmirəm ki, bu, mənim ictimai nüfuzuma xələl gətirəcək. Mənim nə dərəcədə siyasi xuliqan olmağımı həmkarlarım və Azərbaycan ictimaiyyəti yaxşı bilir”. Bu gün ADP-nin siyasi böhran vəziyyətində olduğunu deyən A.Şahbazov bildirib ki, bu böhranın yaranmasına əsas səbəb S.Cəlaloğlunun R.Quliyevə qarşı yaratdığı qrupun qaldırdığı qiyamdır: “Bu proses indidən başlamayıb. Partiyadaxili qiyam 2005-ci il parlament seçkilərindən dərhal sonra Sərdar Cəlaloğlunun öz ailəsini götürərək Rəsul Quliyevin ailə üzvlərinin evinə gedib, Rəsul Quliyevin ADP-dən getməsi barədə verdiyi ultimatumdan başlayıb. İndiki proses həmin ultimativ bəyanatın davamıdır. Ona görə də partiyada yaranan siyasi böhranda günahkar Sərdar Cəlaloğludur. Rəsul bəy bütün səviyyələrdə həmişə ona etibar edib”. A.Şahbazov bildirib ki, R.Quliyevin partiyadan getməsi barədə təklifinin Ali Məclis tərəfindən qəbul edilməsi ağlabatan deyil: “Mən normal şəkildə qurultayın çağırılması barədə təklif vermişəm. Ali Məclis çağırılmalı və qurultay keçirilməlidir. Qurultayda hansı namizəd qalib gələrsə, şəxsən mən onu təbrik etməyə və onun sədrliyi altında fəaliyyət göstərməyə hazıram”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR