Bank Of Baku

Avropa parlamentinin deputatı Abbas Lisaninin azadlığa buraxılması üçün İranın dini liderinə müraciət edib

Avropa parlamentinin deputatı Abbas Lisaninin azadlığa buraxılması üçün İranın dini liderinə müraciət edib
# 12 fevral 2007 09:26 (UTC +04:00)
Avropa Parlamentinin üzvü, İsveç parlamentinin deputatı Karl Şliter İranın dini lideri Ayətullah Seyid Əli Xamneyiyə İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın liderlərindən Abbas Lisanin həbsdən azad edilməsi xahişi ilə müraciət edib. Azərbaycan Gənclər Federasiyası İsveç bürosunun sədri Nərgiz Nedainin APA-ya verdiyi məlumata görə, müraciətdə A. Lisaninin siyasi fəaliyyəti və onun səhhətinə diqqət çəkilib və bildirib ki, 2006-cı il mayın 27-də Ərdəbildə keçirilən dinc nümayişdə həbs olunan A. Lisaniyə və ailəsinə göstərilən münasibət Avropanın demokratik mühitində narahatlıq doğurub. K. Şliter özünün də A. Lisaninin səhhətindən xəbərdar olduğunu və onun siyasi baxışlarına görə həbs olunmasına təəssüf hissi keçirdiyini deyib: “Abbas Lisaninin ailəsinin həbs olunacaqları ilə bağlı hədələnməsi faktından narahatam. O, həbsxanada təzyiqə və işgəncəyə məruz qalır. Lisaninin səhhətində ciddi problemlər olduğundan müalicəyə ehtiyacı var. Ailəsindən isə tələb olunur ki, Lisani ilə bağlı məsələni mətbuata çıxarmasalar, o sərbəst buraxılar. Bununla yanaşı Lisani qeyri-siyasi məhbuslar və narkomanların olduğu kameraya köçürülüb. Məhbuslar onu hədələdiklərinə görə, Abbas Lisani yenidən çox kiçik və istiliklə təmin olunmayan təkadamlıq kameraya qaytarılıb. Burada isə o, həbsxana nəzarətçilərinin təzyiqləri ilə üzləşir. Böyük tarixə və mədəniyyətə malik xalqın siyasi problemi sivil yolla həll edə bilməməyinə təəssüf edirəm və sizi öncə Lisanin həkim müayinəsindən keçməsinə, sonra isə azadlığa buraxılmasını təmin etməyə çağırıram”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR