Bank Of Baku

“Azadlıq” blokunun hansı tərəfi ADP kimi tanıyacağı ilə bağlı məsələyə qurumun Sədrlər Şurasının sabah keçiriləcək iclasında aydınlıq gətiriləcək

“Azadlıq” blokunun hansı tərəfi ADP kimi tanıyacağı ilə bağlı məsələyə qurumun Sədrlər Şurasının sabah keçiriləcək iclasında aydınlıq gətiriləcək
# 12 fevral 2007 12:19 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) daxilində baş verənlərlə bağlı məsələ “Azadlıq” bloku Sədrlər Şurasının sabah keçiriləcək iclasında müzakirə olunacaq. Blokun həmtəsisçilərindən olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev APA-ya bildirib ki, blok üzvü olan partiyalar hazırda ADP-nin Nizamnaməsi ilə tanış olur və hansı tərəfin Nizamnaməyə uyğun addım atdığını müəyyənləşdirməyə çalışır: “Hər halda Rəsul Quliyev ciddi əsas olmadan belə sərəncam imzalamaz, Sərdar Cəlaloğlu da ciddi əsas olmadan bu tipli bəyanatlarla çıxış etməz. Bununla belə, tərəflərdən hansınınsa hərəkətlərində Nizamnamədən kənara çıxma halları var. Biz bunu müəyyənləşdirdikdən sonra Nizamnaməyə uyğun addım atan ADP strukturları ilə əməkdaşlığı davam etdirəcəyik”. R. Quliyevi ADP sədri kimi qəbul edib-etmədikləri ilə bağlı suala gəldikdə, Ə. Əliyev bildirib ki, blokun yaranması ilə bağlı təsis müqaviləsinə R. Quliyev imza atıb: “Rəsul Quliyev blokun təsisçisi, Sərdar Cəlaloğlu isə ADP-nin təmsilçisi olub. Biz həmin şəxslərin hansı ilə əməkdaşlıq edəcəyimizi hələlik müəyyənləşdirməmişik”. Ə. Əliyev blokda ADP-ni S. Cəlaloğlunun, yoxsa Akif Şahbazovun təmsil edəcəyi ilə bağlı məsələyə də sabah keçiriləcək iclasda aydınlıq gələcəyini deyib.
AXCP sədri Əli Kərimli isə APA-ya blokun ADP-nin bütövlüyünün tərəfdarı olduğunu bildirib. Onun fikrincə, partiya ilə bağlı qərarları ADP liderləri, strukturlar verməlidir: “Bizim gözlədiyimiz bütöv, müxalifətçi, “Azadlıq” blokunun yanında olan ADP-dir”. ADP Ali Məclisinin məlum qərarından sonra partiya sədri Rəsul Quliyevin onunla, həmçinin, blokun digər həmsədri Lalə Şövkət Hacıyeva ilə telefon əlaqəsi yaratdığını bildirən Ə.Kərimlinin sözlərinə görə, R.Quliyev ADP-nin prinsipial müxalifətçi mövqeyində qalmalı olduğunu vurğulayıb: “Rəsul Quliyevin fikrincə, Ali Məclisinin qərarını yalnız dialoq təşəbbüsü kimi qiymətləndirmək lazımdır. Həm Rəsul bəy, həm də Sərdar Cəlaloğlu bizi əmin edib ki, ADP müxalifətçilik mövqeyində qalacaq, partiyanın “Azadlıq” bloku qarşısında öhdəlikləri yerinə yetiriləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR