Bank Of Baku

Akif Şahbazov ADP sıralarından xaric edilib

Akif Şahbazov ADP sıralarından xaric edilib
# 12 fevral 2007 12:20 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) Mərkəzi Aparatı Ali Məclisin sabiq sədri Akif Şahbazovun partiya sıralarından xaric olunması ilə bağlı bu gün qərar qəbul edib. Partiyanın mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılov APA-ya bildirib ki? Mərkəzi Aparatın iclasında qurumun 25 üzvündən 18-i iştirak edib. Qurum üzvləri A. Şahbazovun səlahiyyət həddini aşdığını, partiya sədri ilə rəhbərlikdə təmsil olunan digər şəxslər arasında təfriqə yaratdığını bildirərək, onun partiyadan xaric olunması qərarı veriblər.
Akif Şahbazov isə APA-ya açıqlamasında qəbul olunmuş qərarın Nizamnaməyə zidd olduğunu bildirib. Onun sözlərinə görə, partiyanın sonuncu qurultayından bəri Mərkəzi Aparatda qeydiyyatda olan üzvlərin ilk təşkilatı yaradılmayıb, buna görə də faktiki olaraq ilk təşkilat olmayıb. Bunu əsas gətirən A. Şahbazov qərarın mövcud olmayan qurumun adından qəbul edildiyini bildirib: “Digər tərəfdən, Mərkəzi Aparatın üzvlərinə birtərəfli qaydada məlumat verilib və iclasa yalnız özlərinə yaxın olan şəxslər çağırılıb. İclasda iştirak edən 4 nəfər sədrin sərəncamı ilə faktiki olaraq vəzifəsindən uzaqlaşdırılıb və onlar bu qurumun üzvü hesab olunmurlar”. A. Şahbazov partiya üzvü və Ali Məclisin sədri olaraq öz fəaliyyətini davam etdirəcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR